Kəlbəcərdə sementlə dolu yük maşını aşıb.
APA-nın yerli bürosu xəbər verir ki, rayon ərazisində Namiq Əhmədovun idarə etdiyi "DONGFENG" markalı sement daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.