Kremlin Xarici Siyasət Müşaviri Yuriy Uşakov, Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trumpın nümayəndələri ilə apardığı görüşdə, Ukrayna məsələsinin həlli ilə bağlı əldə edilən 4 sənədin müzakirə edildiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Uşakov, Putin-in ABŞ Prezidenti Donald Trumpın Xüsusi Nümayəndəsi Steve Witkoff və Trumpın kürəkəni Jared Kushner ilə Kreml Sarayında keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama verdi.
Görüşün çox faydalı, konstruktiv və məlumatlandırıcı olduğunu vurğulayan Uşakov, görüşün 5 saat davam etdiyini və Ukrayna böhranına uzunmüddətli sülh həlli tapmaq üçün birgə işləmək imkanlarını dərindən müzakirə etmək imkanı əldə etdiklərini qeyd etdi.