AZ

Azərbaycan xəritəçiliyin inkişafı üçün töhfə verməyə hazırdır

BAKI, 3 dekabr. TELEQRAF

Azərbaycanda xəritəçilik sahəsi uzun və dinamik inkişaf yolu keçib.

Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov deyib.

O bildirib ki, xəritəçilik üzrə əməkdaşlığın daha da sürətlənməsinə böyük önəm verilir.

"Təbii ehtiyatların xəritələnməsi və regional ekosistemin vahid sisteminin formalaşdırılması TDT qarşısında duran əsas prioritetlərdən biridir. Təşkilatın beynəlxalq nüfuzu getdikcə artır.TDT çərçivəsində müxtəlif platformalar üzrə əməkdaşlıq genişlənir. Hazırda təşkilat daxilində regional səviyyədə vahid standartların yaradılması və ortaq tematik xəritəçilik mexanizmlərinin genişləndirilməsiüçün ciddi imkanlar mövcuddur”, - o əlavə edib.

R. İsmayılov qeyd edib ki, qarşıdakı dövrdə xəritəçiliyin inkişafı üçün Azərbaycan töhfə verməyə hazırdır.

Seçilən
7
3
teleqraf.com

4Mənbələr