AZ

Məşhur aparıcıya vəd olunan maaşı vermədilər: Yeni işindən ayrıldı

“Artıq bir müddətdir “Bakı Metropoliteni” ilə bağlı mənə suallar ünvanlanır. Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım metropolitenin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu”.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu bir neçə ay əvvəl “Bakı Metropoliteni”nin mətbuat katibi təyin olunan məşhur teleaparıcı Nərmin Salmanova bildirib.

“Bakı Metropoliten” ilə danışıqlar aparsaq da, əməkdaşlıq üçün ilkin mərhələdə razılaşdırdığımız əməkhaqqı şərtlərində dəyişiklik edildi - müqavilədə razılaşdırdığımız məbləğdən fərqli məbləğ göstərildi və buna görə əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil. Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm”, - teleaparıcı vurğulayıb.

Qeyd edək ki, N.Salmanova əvvəllər CBC Sport və İTV kanallarında aparıcı olub. 

"Cebheinfo.az"

Seçilən
8
6
cebheinfo.az

7Mənbələr