AZ

Elmi mərkəzlər kifayət qədər diqqət görmür - Fərhad Məmmədov

Hazırda tədris sahəsinə diqqət verilsə də, elmi mərkəzlər kifayət qədər diqqət görmür, bunu Cənub Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetler" mövzusunda təşkil etdiyi dəyirmi masada deyib.


Məmmədov qeyd edib ki, son 25-30 il ərzində regiona diqqət çox aşağı olub. 

“İki-üç dəfə Cənubi Qafqaz Araşdırmaları simpoziumunu keçirdik, cəmi 30-40 nəfər maraq göstərirdi. Amma indi vəziyyət dəyişib, tələbat və maraq artıb”, — o əlavə edib.

O vurğulayıb ki, bu transformasiyalarda yeni çağırışlar və imkanlar araşdırılmalı, dövlətə təqdim edilməli, dövlətin mövqeyi isə beynəlxalq platformalarda diqqətə çatdırılmalıdır.

Gülnar Nazimqızı

Seçilən
69
1
anews.az

2Mənbələr