AZ

Rubio: İran Maduro sayəsində Cənubi Amerikaya bayraq sancıb

BAKI, 3 dekabr. TELEQRAF

“Nikolas Maduro hökuməti legitim deyil, o, tranzit təşkilatıdır. Bu məsələdən çox danışılmır, amma bu hökumət İranın nüfuz bazasıdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İranın Venesuela ilə yaxın əlaqələri və Nikolas Maduro hökumətinin narkotik qaçaqmalçılığı barədə danışarkən deyib.

“İran, SEPAH, hətta “Hizbullah”ın da Cənubi Amerikada mövcudluğa malikdir, onların əsas bazalarından biri Venesueladır. İran və Maduronun ABŞ-yə qarşı düşmənçiliyi məlum məsələdir. Onların həmin hökumətin tam və açıq əməkdaşlığı ilə bu yarımkürədə bayraq sancdığı yer Venesueladır”, - dövlət katibi bildirib.

Seçilən
32
teleqraf.com

1Mənbələr