AZ

"Barselona" böyük təklifə razılıq verdi -

"Nyukasl" “Barselona”nın futbolçusu Ferran Torresin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, ingilislər futbolçu üçün təklif irəli sürüb. "Fichajes"də dərc edilən xəbərə görə, "Nyukasl" futbolçu üçün 75 milyon avro təklif edib. İddialara görə, “Barselona” maliyyə məsələlərinə görə, futbolçunun getməsinə razıdır.

Qeyd edək ki, Ferran Torresin “Barselona” ilə müqaviləsi 2027-ci ildə yekunlaşır. Onun transfer dəyərinin 50 milyon avro olduğu irəli sürülür.

Seçilən
7
1
metbuat.az

2Mənbələr