AZ

Qaranlığa işıq saçan barmaqlar: Görmə məhdudiyyətli uşaqların hekayəsi – VİDEO

Təhsil TV-nin hazırladığı görmə məhdudiyyətli uşaqların tədris prosesinə inteqrasiyasını əks etdirən videoməzmun təqdim edilib.

AzEdu.az  xəbər verir ki, 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə təqdim olunan “Qaranlığa işıq saçan barmaqlar — görmə məhdudiyyətli uşaqların tədris hekayəsi” adlı qısametrajlı film dünyanı gözlə deyil, toxunuş, səs və hisslərlə dərk edən şagirdlərin məktəb həyatını canlandırır. Burada xüsusi dərs vəsaitləri ilə oxuyub-yazma bacarıqlarını inkişaf etdirən uşaqların tədris mühiti, müəllimlərin peşəkarlığı və göstərilən dəstək, inklüziv təhsilin vacibliyi və hər toxunuşun bir kəşfə çevrildiyi xüsusi öyrənmə dünyası diqqətə çatdırılır.

Hazırlanan bu maarifləndirici və ilhamverici məzmun inklüziv tədris imkanlarının genişləndirilməsinə çağırış edir və hər bir uşağın potensialının sərhədsiz olduğunu göstərir.

 

Seçilən
13
3
azedu.az

4Mənbələr