Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Suraxanı və Abşeronun icra başçıları Adil Əliyev və Abdin Fərzəliyev də xeyirə-şərə yarayan məmur kimi tanınırlar. Adil Əliyevi və Abdin Fərzəliyevi hər gün "Təzə Pir" məscidində görmək mümkündür. Fotoda: Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov
Məlumatlı şəxs deyib ki, Baş nazirin sabiq müavini Əli Həsənov və "Azərsu"nun keçmiş rəhbəri Qorxmaz Hüseynov da əzizlərini itirən məmurlara bassagliğı vermək üçün tez-tez yollarını "Təzə Pir" ve "Heydər" məscidlərindən salırlar. Onlar keçmiş iş yoldaşları ilə münasibəti davam etdirirlər. Fotoda: Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov
Mənbənin sözlərinə görə, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovu və keçmiş baş prokuror Zakir Qaralovu nadir hallarda insanların arasında gormək mümkündür. Onlar nəinki xeyir-şər məclislərində iştirak etmir, hətta ictimaiyyət qarşısına da çıxmırlar.Zaur Əliyev / Metbuat.az