AZ

Sofiya Şıqayeva: Azərbaycan multikultural dəyərləri qlobal məkanda təşviq edən aparıcı aktordur

Bakı, 3 dekabr, Günel Türksoy, AZƏRTAC

Azərbaycan dini-mənəvi irsə qayğı ilə yanaşan bir ölkədir, ölkədə bütün dinlərə məxsus olan ibadətgahlar, o cümlədən məscid, kilsə və ya sinaqoq dövlət tərəfindən qorunur və bərpa edilir. Mədəni irsin qorunmasına dair həyata keçirilən müxtəlif layihələr Azərbaycan xalqının, həmçinin bu ərazidə yaşayan digər xalqların irsini əhatə edir.

Bunu AZƏRTAC-a müsahibəsində Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska deyib.

S.Şıqayeva xaricdə dərs deyərkən Azərbaycanın multikultural dəyərlərini tələbələrinə öz nümunəsi əsasında təqdim etdiyini bildirib və qeyd edib ki, bu çoxmədəniyyətlilik sahəsində olan təcrübə tələbələrin xüsusi marağına səbəb olur: “Mənim nümunəm onlara bu prosesin praktiki tərəfini göstərir və ölkəmizdə mövcud olan müsbət modeli nümayiş etdirməyə imkan verir.

Beləliklə, bu gün Azərbaycan dünyada təkcə tolerantlıq nümunəsi kimi tanınmır, həm də multikultural dəyərləri qlobal məkanda təşviq edən aparıcı aktorlardan biri kimi çıxış edir”.

Müsahibənin tam variantı tezliklə AZƏRTAC-da yayımlanacaq.

Seçilən
96
azertag.az

1Mənbələr