NATO-nun baş katibi Mark Rutte bildirib ki, NATO-ya üzv ölkələr 2026-cı ildə ABŞ-dən Ukrayna üçün silah almağa hər ay 1 milyard avro xərcləməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"NATO ölkələri artıq "PURL" təşəbbüsü çərçivəsində Ukrayna üçün 4 milyard avro dəyərində silah alıblar; ilin sonuna qədər biz 5 milyard avro alacağımızı gözləyirik", - o deyib.
Rutte əlavə edib ki, tədarüklərə ilk növbədə hava hücumundan müdafiə sistemləri üçün sursat daxildir. Baş katib vurğulayıb ki, tədarükün necə həyata keçirilməsi onun üçün önəmli deyil.