AZ

Qazaxıstan TDT-yə üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 3-cü iclasına ev sahibliyi edəcək  

Qazaxıstan TDT-yə üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 3-cü iclasına ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 2-ci iclasında çıxışı zamanı deyib.

O həmçinin əminliyini bildirib ki, İşçi qrupunun fəaliyyəti yaxın illərdə TDT çərçivəsində məlumatların operativ paylaşılmasına və regionumuzun daha dəqiq xəritələr əsasında idarə olunmasına mühüm töhfə verəcək. “Ötən il Ankarada qəbul edilmiş Bəyannaməyə uyğun olaraq, TDT ölkələrinin Vahid Tematik Xəritəsinin hazırlanması da bu iclasın müzakirə mövzuları sırasındadır. Qarşıdakı dövrdə xəritəçilik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur və Azərbaycan bu səylərə fəal töhfə verməyə hazırdır. Bugünkü əməkdaşlığımız Naxçıvan Sazişi və Türk Dünyası 2040 Vizyonunda əks olunan həmrəyliyə, ortaq dilə, mədəniyyətə və strateji dəyərlərə söykənir. Əminəm ki, müzakirələr konstruktiv olacaq, qarşılıqlı təcrübə və bilik mübadiləsi isə xəritəçilik sahəsində əməkdaşlığımızın inkişafına yeni nəfəs verəcək”, - deyə R.İsmayılov qeyd edib.

Seçilən
6
2
azerbaijan-news.az

3Mənbələr