AZ

İtaliya Ukraynaya hərbi yardımın uzadılması ilə bağlı fərmanın qəbulunu təxirə sala bilər

İtaliya hökuməti Ukraynaya hərbi yardımın 2026-cı ildə də davam etdirilməsinə imkan verəcək fərmanı qəbul etməyi təxirə sala bilər.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin mənbələri bildiriblər ki, hökumət daxilində yaranan gərginlik fonunda İtaliya höküməti Ukraynaya hərbi texnika tədarükünü davam etdirməyə imkan verəcək fərmanı təsdiqləməyi təxirə sala bilər.

Baş nazir Ciorcia Meloni Ukraynaya Rusiya təcavüzünə qarşı dəstək verməyə sonadək davam edəcəyini vəd etsə də, İtaliyanın vitse-premyeri Matteo Salvini bu dəstəyin davam etdirilməsinin məqsədəuyğunluğunu şübhə altına alıb.

Mənbələr bildirirlər ki, fərman bu gün hökumət iclasına hazırlıq çərçivəsində gündəlikdə nəzərdə tutulmuşdu, lakin gündəlikdəki məsələlər çox olduğundan məsələ iclasa daxil edilməyib.

Seçilən
76
6
apa.az

7Mənbələr