AZ

Əmək funksiyalarının məsafədən yerinə yetirilməsi üçün əlavə şərtlər müəyyənləşir

Bakı. Trend:

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinəyetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərinqarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü onlayn iclasında müzakirə olunan ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Layihəyə əsasən, bu Məcəllə işəgötürənin xammalından(materialından), istehsal vasitələrindən istifadə etməklə əməkfunksiyasını öz evində, habelə məsafədən (distant) iş formasındayerinə yetirən işçilərə də şamil ediləcək.

Əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə(elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.)müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı işyerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi)üçün münasib olan digər yerdə) yerinə yetirilməsi məsafədən(distant) iş hesab ediləcək.

Məqalədə:
Seçilən
5
20
az.trend.az

10Mənbələr