
“Ermənistan xalqı 2026-cı il parlament seçkilərində sülhün tərəfdarı olmalıdır”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Biz Ermənistanı geosiyasi tələdən çıxarmışıq. Biz onu elə yerə gətirmişik ki, Ermənistan üçün bütün istiqamətlərdə perspektivlər açılıb və Ermənistan xalqı öz suveren iradəsi ilə hansı inkişaf vizyonunu mənimsəyəcəklərinə qərar verə bilər. Onların sülhün tərəfdarı olacağına bir an belə şübhə etmirəm, çünki bu, bütün şəhidlərə və onların bütün keçmişinə ən böyük hörmətdir”, - deyə siyasətçi vurğulayıb.
Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh yaranıb və indiki vəzifə onu inkişaf etdirmək, gücləndirmək və institutlaşdırmaqdır.
Daşqın HəsənovMissiya.Az