Olaylar.az bu barədə erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, ümumilikdə, kvorumu təmin etmək üçün üç cəhd edilib, lakin heç biri nəticə verməyib. Hətta müxalifətdə olan "Ermənistan" blokundan bir neçə gec gəlmiş deputatın daxil olması da kvorum problemini aradan qaldımayıb. Nəticədə deputatlar 20 dəqiqəlik fasilə vermək məcburiyyətində qalıblar.
Yayılan son məlumata görə, nəhayət, Ermənistan parlamenti uzun fasilədən sonra işini bərpa edə bilib. Qeyd edək ki, ötən ay da bənzər problem yaranmışdı. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31