AZ

Məcəlləyə “ailə vəzifələri olan işçi” anlayışı gətirilir

BAKI, 3 dekabr.TELEQRAF

Son illərdə ölkəmizdə işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib. Bu xüsusda əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində sözügedən tədbirlər davam etdirilir. Əmək normalarının beynəlxalq əmək normaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, elektron sistemlərin tətbiqi ilə əlaqədar yeni qaydaların müəyyən edilməsinə, eləcə də ötən dövr ərzində əmək qanunvericiliyində aşkar edilmiş boşluqların aradan qaldırılmasına zərurət yaranır.

Teleqraf xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Yeni layihəyə əsasən 3 əsas istiqamət üzrə Əmək Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulur: “Mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan, habelə, əmək münasibətlərində çevik və sosial yönümlü hüquqi tənzimləmələrin tətbiqini, həmçinin müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə gətirilməsini hədəfləyən dəyişikliklər, BƏT-in Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə edilən dəyişikliklər, “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun tələblərindən irəli gələrək uyğunlaşdırma çərçivəsində edilən dəyişikliklər nəzərdə tutulur.

Həmçinin layihədə Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına tələblərindən irəli gələrək Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına “ailə vəzifələri olan işçi” anlayışı gətirilib.

Seçilən
77
teleqraf.com

1Mənbələr