AZ

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara müavinət ödəniləcək

BAKI, 3 dekabr. TELEQRAF
Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən “həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir”.

Teleqraf xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Layihəyə əsasən uyğunsuizluğun aradan qaldırılması məqsədilə Məcəllənin 77-ci maddəsinin7-ci hissəsinin birinci və üçüncü cümlələri dəqiqləşdirilərək Məcəllədə müavinətin orta əmək haqqının azı 3 misli məbləğində verilməsi təmin edilib.
İşçinin məzuniyyətdə olduğu müddət ərzində aldığı əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi ilə bağlı Məcəllənin 117-ci maddəsinə tənzimləmə gətirilir.
120-ci maddə yeni redaksiyada verilərək məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin dairəsi yenilənib.

Seçilən
13
teleqraf.com

1Mənbələr