“Barselona”nın futbolçusu Dani Olmo 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Msport.az xəbər verir ki, buna yarımmüdafiəçinin “Atletiko”ya qarşı La Liqanın XIX turunun oyununda zədələnməsi səbəb olub.
66-cı dəqiqədə əvəzlənən oyunçu çiynindən xəsarət alıb. Dani Olmo cari mövsüm “Barselona” forması ilə 17 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Barselona” “Atletiko”nu 3:1 hesabı ilə üstələyib.