Mark Rutte Rusiya prezidentinin hərbi geyimdə görünməsini və son təhdidlərini şərh edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
NATO-nun Baş katibi Mark Rutte jurnalistin “Dünən Putin Avropanı yenidən müharibə ilə hədələdi. Bu təhdidlərdən sonra bu gün ona hansı mesajı verərdiniz?” sualına cavab verərkən bildirib ki, Rusiya liderinin hər bəyanatına cavab qaytarmaq niyyətində deyil.
“Mən Putinin dediyi hər şeyə reaksiya vermək fikrində deyiləm. Biz onu hərbi formada, cəbhədəki əsgər kimi geyinmiş halda gördük. Lakin o, cəbhədə deyildi — srağagün o, cəbhə xəttindən xeyli uzaqda idi. Buna görə də mən onun hər bəyanatına reaksiya verməyəcəyəm”, – Rutte vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az