AZ

Paşinyan keçmiş prezidentlərlə debata ehtiyac görmür: Qarabağ danışıqları üzrə bütün əsas sənədlər açıqlanıb

Danışıqlar (Qarabağ danışıqları) prosesi ilə bağlı bütün əsas sənədlər artıq ictimaiyyətə təqdim edilib və keçmiş prezidentlərlə bu mövzuda debata çıxmağa ehtiyac yoxdur.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

“Bu məsələ artıq bitib, danışıqlar prosesi ilə bağlı heç bir anlaşılmazlıq yoxdur. Əgər Ermənistan vətəndaşları bu sənədləri oxuyacaqsa, heç bir sual yaranmayacaq. Hazırda onları (keçmiş prezidentləri) debata dəvət belə etmirəm, onlarla nə barədə danışmaq olar ki? Artıq debat aparmaq üçün mövzu yoxdur. Oxuyub hər yerdə danışsınlar. Nə danışacaqlar? Danışacaq bir şey yoxdur”, – Paşinyan qeyd edib.

Seçilən
5
8
apa.az

9Mənbələr