“Türkiyə Cənubi Qafqaz, Aralıq dənizi və Qara dəniz bölgəsində sabitliyin təmin edilməsində əsas tərəfdaşdır“.
AzPost bildirir ki, bu barədə Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Marta Kos XİN rəhbəri Hakan Fidanla görüşü barədə paylaşımında bildirib.
O qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birlikdə Aİ-Türkiyə münasibətlərinin inkişafı üçün müsbət gündəliyi davam etdirirlər. “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini dəstəkləmək üçün səylərimizi artırırıq”.