AZ

Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması qaydalarında dəyişiklik edilir

Bakı. Trend:

Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılmasıqaydalarında dəyişiklik edilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü onlayn iclasında müzakirə olunan ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Mövcud qanunvericiliyə əsasən, hər dəfə əmək haqqı verilərkəntutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdətutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlərtutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizisaxlanmalıdır.

Bu məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərintutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailənidolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuşziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanınödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərintutulmasına şamil edilmir.

Layihəyə əsasən, belə hallarda tutulmaların məbləği işçiyəverilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz.

Məqalədə:
Seçilən
21
22
az.trend.az

10Mənbələr