AZ

TikTok-da TƏHLÜKƏLİ TREND: Tanınmış xəbər kanallarının adından SAXTA MƏLUMATLAR yayılır

Tədqiqatçılar miqrant əleyhinə saxta məzmun yayan yüzlərlə hesabı ifşa edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

“AI Forensics” qeyri-kommersiya təşkilatı TikTok platformasında süni intellekt tərəfindən idarə olunan 354 hesab aşkar edib.

Bu hesablar bir ay ərzində süni intellekt alətləri ilə hazırlanmış 43 min paylaşım edərək ümumilikdə 4,5 milyard baxış toplayıb. Bəzi avtomatlaşdırılmış hesablar gündə 70 dəfəyə qədər paylaşım edir.

Paylaşılan materiallar arasında miqrantlara qarşı nifrət oyadan saxta xəbərlər, “Sky News” və “ABC” kimi tanınmış kanalların adından yayılan dezinformasiyalar və qadın bədənini, o cümlədən yetkinlik yaşına çatmayanları seksualizasiya edən görüntülər yer alır.

TikTok isə hesabatdakı iddiaları əsassız adlandırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
93
interpress.az

1Mənbələr