AZ

11 il əvvəl yoxa çıxmış Malayziya təyyarəsinin axtarışları bərpa olunur

Bakı. Trend:

11 il əvvəl yoxa çıxmış Malayziya hava yollarına məxsus MH370reysi ilə uçan “Boeing 777” sərnişin təyyarəsinin axtarışları bu aybərpa olunacaq.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Malayziyanın NəqliyyatNazirliyi bəyanat yayıb.

Məlumata görə, Kuala-Lumpurdan Pekinə uçan və göyərtəsində 227sərnişin və 12 ekipaj üzvü olan sərnişin təyyarəsi 2014-cü ildəokean üzərindən uçarkən müəmmallı şəkildə radarlardan itib.Təyyarədən və sərnişinlərdən bu vaxta qədər heç bir iztapılmayıb.

“Ocean İnfinity” dəniz-tədqiqat şirkəti dəniz dibində axtarıştədbirlərinin 55 gün ərzində fasiləli şəkildə həyata keçiriləcəyinitəsdiqləyib.

Malayziya hökuməti ilə "Ocean Infinity" arasında razılaşdırılmışşərtlərə görə, şirkət cənubi Hind okeanında 15 min kvadrat kilometr(5 790 kvadrat mil) ərazidə əhəmiyyətli qalıqlar tapılacağıtəqdirdə 70 milyon dollar məbləğində mükafat alacaq.

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr