AZ

Şəhla İsmayıla Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Mükafatı təqdim olundu - FOTOLAR

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (EaP CSF) ən nüfuzlu mükafatlarından biri – 2025-ci il Vətəndaş Cəmiyyəti Mükafatı bu il Azərbaycan nümayəndəsinə təqdim olunub. Women’s Association for Rational Development (WARD) təşkilatının sədri Şəhla İsmayıl qadınların müdafiəsi, gender bərabərliyinin təşviqi və ölkədə vətəndaş cəmiyyətinin inkişafına verdiyi uzunmüddətli töhfəyə görə laureat seçilib.
 

QHT.az xəbər verir ki, mükafat Belçika Senatında, komissar Marta Kosun iştirakı ilə keçirilən rəsmi mərasim zamanı təqdim olunub. Bu mükafat Şərq Tərəfdaşlığı regionunda l vətəndaş cəmiyyəti fəaliyyətinə verilən ən yüksək qiymətlərdən biridir.
EaP CSF Mükafatının məqsədi
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Mükafatı hər il Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan təşkilatlara və fəallara:
•    vətəndaş cəmiyyətinin inkişafına töhfələrinə,
•    insan hüquqlarının müdafiəsinə,
•    demokratik islahatların təşviqinə,
•    həssas qruplarla işinə,
•    münaqişə və böhran şəraitində göstərdikləri fəaliyyətə görə
təqdim olunur.
Mükafatlandırma mərasimi 2 dekabrda Brüsseldə, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammiti çərçivəsində baş tutub.

Seçilən
19
qht.az

1Mənbələr