Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Malaysia Airlines"in "MH370" reysi ilə bağlı axtarışlar 11 ildən çox fasilədən sonra bu ay bərpa olunur.
Bizimyol.info xəbər verir ki, Malayziyanın Nəqliyyat Nazirliyi açıqlayıb ki, axtarışlar 30 dekabrdan etibarən yenidən başlayacaq və ABŞ-da yerləşən “Ocean Infinity” şirkəti Hind okeanının dibini mərhələli şəkildə 55 gün ərzində araşdıracaq.
Nazirlik bildirib ki, yeni əməliyyatlar təyyarənin tapılma ehtimalının ən yüksək olduğu ərazilərdə aparılacaq. Konkret koordinatlar açıqlanmayıb.
"MH370" reysi 8 mart 2014-cü ildə Kuala Lumpur–Pekin uçuşu zamanı radarlardan yoxa çıxmışdı. Təyyarədə 12 ekipaj üzvü və 227 sərnişin olduğu bildirilir. Sərnişinlərin əksəriyyəti Çin vətəndaşı olub, həmçinin Malayziya, Avstraliya, Hindistan, İran, ABŞ, Rusiya, Fransa və digər ölkələrin vətəndaşları da uçuş zamanı təyyarədə olublar.
Təyyarədə həyat yoldaşı olan avstraliyalı Paul Veeksin xanımı Danika Veeks xəbərdən məmnunluğunu ifadə edərək deyib: “11 ildir cavab gözləyirik. Axtarışların yenidən başlaması bizə ümid verir.”
Təyyarənin itməsindən sonra Hind okeanının geniş əraziləri beynəlxalq komanda və özəl şirkətlər tərəfindən araşdırılsa da, nəticə əldə olunmayıb.
Malayziya hökuməti ötən il “Ocean Infinity” ilə “tapılmazsa – ödəniş yoxdur” prinsipi ilə razılaşmışdı. Şirkət yalnız qalıqlar aşkarlanacağı halda 70 milyon dollar alacaq. Lakin bu ilin aprelində hava şəraitinin pisləşməsi səbəbindən əməliyyatlar dayandırılmışdı.
Malayziya Nəqliyyat Nazirliyi bildirib ki, axtarışların bərpası “qəzada itkin düşənlərin ailələrinə cavab tapmaq öhdəliyinin bir hissəsidir”.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.