ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
İran həm ölkə daxilində su qıtlığı və gündəlik həyatın çətinlikləri ilə üzləşir, həm də İsraillə mümkün qarşıdurma riski var.
Son 6 ildə davam edən quraqlıq və su ehtiyatlarının tükənməsi cəmiyyəti çətin vəziyyətə salıb. Bir çox şəhərlərdə su yalnız bir neçə saatlıq verilir, bəzi bölgələrdə isə insanlar içməli suyu yük maşınlarından alır.
Bundan əlavə, İsrail bildirir ki, İran raket istehsalını artırır, nüvə fəaliyyətlərini sürətləndirir və regional proksi qüvvələrlə daha sıx işləyir. Tehran isə açıqlayıb ki, əgər İsrail Livanda əməliyyatlara başlasa, cavab regional səviyyədə olacaq.
Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzunu belə şərh edib:
“İranda ictimai, siyasi və iqtisadi vəziyyət günbəgün ağırlaşır. İranın Ali dini lideri Seyid Əli Xamenei ötən gün çıxışında vətəndaşlara elektrik enerjisinə və suya qənaət etməyi, xərcləri azaltmağı tövsiyə edib. Onun sözlərinə görə, bu tədbirlər ölkədə enerji və su çatışmazlığı kimi problemlərin qarşısını almağa kömək edə bilər.
Bundan başqa, prezident Məsud Pezeşkian bildirib ki, ölkədə 80 min məscid fəaliyyət göstərir. Hər məscid ətrafındakı imkansız və yardıma ehtiyacı olan insanlara dəstək olarsa, sosial problemlərin və çətinliklərin həllinə mühüm töhfə verə bilər. Təbbi ki, bu, heç də məsələlərin həlli istiqamətində mühim rol oynamır”.
Şəbnəm
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.