AZ

Bakının hansı rayonlarında köhnə binalarda mənzillərin qiyməti bahalaşıb? - CƏDVƏL

Bakı.Trend:

Bu ilin noyabr ayında Bakının bütün rayonlarında köhnə tikilimənzillərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədəartıb.

Bu barədə Trend-ə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsiYasamal rayonunda qeydə alınıb. Belə ki, sözügedən rayonda köhnətikili mənzilin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 19,2%artıb. Bu rayon üzrə köhnə tikili mənzilin 1 kv.metrinin satışqiyməti 2.662 manat təşkil edir.

Səbail, Nəsimi, Nərimanov rayonları da mənzil bazarında artımmüşahidə edilib. Səbail rayonunda köhnə tikili mənzilin qiymətiötən ilin eyni dövrü ilə müqayisədə 17,4%(1kv.metr 2994manat),Nəsimi rayonunda 16,3% (1kv.metr 2602 manat), Nərimanov rayonundaisə 14,6%(1kv.metr 2873 manat) artım müşahidə edilib.

Nizami rayonunda köhnə tikili mənzilin 1 kv.metrinin satışqiyməti 2601 manat(5,6% artım), Binəqədi rayonunda 2490manat(4,1%artım), Xətai rayonunda 2598 manat (6,5% artım), Suraxanırayonunda 1906 manat (3,5% artım), Sabunçu rayonunda 2095 manat(7,6% artım), Qaradağ rayonunda 1381 manat (2% artım), Pirallahırayonunda 1308 manat(0,5% artım), Xəzər rayonunda 1431 manat (5,3%artım) təşkil edib.

Ümumilikdə, 2024-2025-ci illər aralığında Bakıda daşınmaz əmlakbazarında son bir ildə davamlı qiymət artımı müşahidə edilib, buproses xüsusilə mərkəzi və prestijli rayonlarda daha intensiv qeydəalınıb.

Seçilən
24
9
az.trend.az

10Mənbələr