AZ

Daun sindromlu uşağı oyun meydançasına buraxmayan müəssisə CƏZALANDIRILDI – VİDEO

Ankarada daun sindromlu uşağa qarşı ayrı-seçkilik edən müəssisəyə rekord məbləğdə cərimə kəsilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Oyun meydançasına buraxılmayan 7 yaşlı uşağa görə müəssisə 204 min lirə (təxm. 8 min 170 man)  ödəməli olacaq.

Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) Ankaranın Etimesgut rayonundakı ticarət mərkəzlərindən birində baş verən qalmaqallı hadisə ilə bağlı yekun qərarını açıqlayıb.

Qurum aprel ayında daun sindromlu 7 yaşlı Mey adlı uşağı oyun meydançasına buraxmayan müəssisəyə qarşı əlillik əlamətinə görə ayrı-seçkilik qadağasını pozduğu üçün rekord məbləğdə – 204 min 285 Türkiyə lirəsi cərimə tətbiq edib.

Hadisənin təfərrüatlarına görə, müəllimi azyaşlı Meyi oyun sahəsinə daxil etmək istəsə də, işçilər uşağın xüsusi qayğıya ehtiyacı olduğunu əsas gətirərək buna icazə verməyiblər. İşçilər uşağın “özünə və ya digər uşaqlara zərər verə biləcəyi” kimi əsassız iddialarla onun girişinə mane olublar.

Tərəflər arasındakı mübahisə videoya çəkilərək sosial şəbəkələrdə yayılıb və cəmiyyətdə böyük hiddətə səbəb olub. TİHEK bu davranışı ayrı-seçkilik kimi qiymətləndirərək ən yüksək həddə cərimə kəsilməsinə qərar verib.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от budabirhaber (@budabirhaberr)

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr