AZ

‎Qəbələ məktəblisi "Milli Hakaton – 2025" müsabiqəsində 2-ci yerin qalibi olub

‎Elm və Təhsil Nazirliyinin dəstəyi və “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən Məktəblilərarası Milli Hakaton – 2025 müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Ucnoqta.az xəbər verir ki, ‎Qəbələ şəhər Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Tunar Hacızadə müsabiqədə 2-ci yerin qalibi olub.

‎Müsabiqəyə ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb. Onlardan 300 məktəbli final mərhələsində iştirak edib. Final mərhələsində komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə hazırladıqları veb-sayt, mobil tətbiq və oyun formatlı layihələrlə çıxış ediblər.

‎Məktəblilərarası Milli Hakaton – 2025-in əsas məqsədi məktəblilər arasında proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, yaradıcı və istedadlı şagirdləri üzə çıxarmaq, eləcə də onların gələcək inkişaf imkanlarını genişləndirməkdir.

‎Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi müsabiqədə 2 yarımfinalçı ilə təmsil olunub. Onlardan biri finala yüksələrək komanda ilə birlikdə 2-ci yerə layiq görülüb.

Seçilən
0
ucnoqta.az

1Mənbələr