AZ

Gecə növbəsində çalışanların ailə vəzifələri nəzərə alınacaq

Gecə növbəsində çalışan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Milli.Az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.

Milli.Az

Seçilən
10
29
milli.az

10Mənbələr