AZ

Ukrayna Trampın nümayəndələri ilə ABŞ da görüş planlaşdırır

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov ABŞ-da Ukrayna tərəfi ilə ABŞ prezidenti Donald Trampın nümayəndələri arasında görüşün təşkilinə çalışacaqlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında yazıb.

“Brüsseldən sonra Rustem Umerov və Andriy Qnatov ABŞ-da prezident Trampın nümayəndələri ilə görüş hazırlayacaqlar”, – bildirib.

O, mümkün görüşün vaxtını və ya Kiyevin ABŞ-a göndərməyi gözlədiyi Ukrayna nümayəndə heyətinin səviyyəsini dəqiqləşdirməyib.

Zelenski əlavə edib ki, Umerov və Qnatov Brüsseldə Avropa liderlərinin milli təhlükəsizlik müşavirləri ilə məsləhətləşmələr aparacaqlar.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
icma.az

2Mənbələr