AZ

Rusiyadan Azərbaycana halal adı altında donuz ətli konservlər gətirilib FOTOLAR

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiyada fəaliyyət göstərən "Qlavprodukt" şirkətinin Azərbaycana göndərdiyi mal əti konsrvlərində donuz əti DNT-si aşkar edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "All Exclusive" "Telegram" kanalına istinadən "İnsayder" nəşri məlumat yayıb.

Məlumata görə, şirkətin halal adı altında bişmiş mal əti konservləri Rusiya Silahlı Qüvvələrinə və Azərbaycan da daxil olmaqla bir neçə müsəlman ölkələrinə göndərilib.

Məhsulun genetik analizinin nəticələrindən sonra qanunsuzluqar aşkar olunub.

Xəbərdə bildirilir ki, sözügedən şirkət bu ilin iyulunda keçmiş kənd təsərrüfatı naziri Aleksandr Tkaçeyevə yaxın qurumun nəzarəti altına keçib.

Sentyabr ayında aparılan analizə əsasən, "Family Budget" markalı 500 qramlıq bişmiş ət konservlərində donuz ətinin DNT-si aşkar edilib. Bu "Qlavprodukt"un Oryol vilayətindəki törəmə şirkəti olan "Oryolprodukt" ASC tərəfindən istehsal edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
110
45
cebheinfo.az

10Mənbələr