AZ

Şri-Lankada siklon nəticəsində ölənlərin sayı 465-ə çatdı

Şri-Lankada "Ditvah" siklonu nəticəsində dağılan evlərin, sənaye müəssisələrinin və yolların bərpası üçün təxminən 7 milyard dollar tələb olunacaq.

Ölkə.az "AFP"ə istinadla xəbər verir ki,  hazırda ən azı 465 nəfər həyatını itirib.

Ötən həftə ölkənin bütün bölgələrinə rekord səviyyədə yağış gətirən siklon ciddi dağıntılara səbəb olub.

Baş komissar Prabat Çandrakirti bildirib ki, ilkin qiymətləndirmələrə görə, bərpa işləri üçün təxminən altı-yeddi milyard dollar tələb olunacaq.

O əlavə edib ki, hökumət hər ailəyə evlərini təmizləmək üçün 25 000 rupiya (təxminən 81 dollar) ayırır, evini itirənlər isə 2,5 milyon rupiyaya (təxminən 8 100 dollar) qədər yardım alacaq.

Seçilən
17
2
olke.az

3Mənbələr