İstanbuldakı Büyükçekmece Ədliyyəsində ədliyyə məmuru Erdal T.-nin kassadan 25 kiloqram qızıl və 50 kiloqram gümüş oğurladığı iddia olunub.
QHT.az xəbər verir ki, seyflərin boşaldılması nəticəsində ümumi dəyərin 147 milyon dollara yaxın olduğu bildirilir. Şübhəli hadisədən sonra iş yoldaşlarına “Malı satdım, Allah sizə bazar versin” mesajı göndərib və ailəsi ilə birlikdə 19 noyabrda İngiltərəyə qaçdığı müəyyən edilib. Prokurorluq Erdal T. və həyat yoldaşı haqqında həbs qərarı çıxarıb, digər şübhəli Kamal D. isə saxlanılıb. İstintaq çərçivəsində kamera görüntüləri və telefon məlumatları araşdırılır, hadisə ilə bağlı ifadələr götürülməyə davam olunur.
R.İmanov