Dünyaca məşhur Evdə tək filminin ulduzu Macaulay Culkin illər sonra maraqlı etirafı ilə gündəmə gəlib.
Tribuna xarici mediaya istinadən xəbər verir ki, aktyor bildirib ki, onun iki oğlu atasının məhz milyonlarla insanın sevdiyi “Kevin” obrazını canlandırdığından xəbərsizdir.
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu açıqlama istifadəçilər arasında həm təəccüb, həm də gülüşlə qarşılanıb.
Qeyd edək ki, “Evdə tək” filmi 1990-cı illərin ən məşhur ailə komediyalarından biri hesab olunur və Culkin bu rolu ilə dünya şöhrəti qazanıb.
Gülşən Rəsul