AZ

Qazaxıstan Parlamenti qanunu DƏYİŞDİ – Niqaba görə 77 dollar CƏRİMƏ

Qazaxıstan ictimai yerlərdə niqab geyinməyə görə cərimə tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Parlament İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib, təkrar pozuntuya görə cərimə tətbiq olunacaq.

Qazaxıstan Parlamenti Məclisi (aşağı palata) İnzibati Xətalar Məcəlləsinə ictimai yerlərdə üzü bağlayan və şəxsiyyəti müəyyən etməyə mane olan geyimlərin (niqab) geyinilməsi ilə bağlı düzəlişləri qəbul edib.

Dəyişikliklərə əsasən, qayda pozuntusu ilk dəfə qeydə alındıqda vətəndaşa xəbərdarlıq ediləcək.

Təkrar pozuntu zamanı isə 10 aylıq hesablama göstəricisi (Ahiq) miqdarında cərimə tətbiq olunacaq. Bu məbləğ 2025-ci il üçün 77 ABŞ dollarından (təxm. 131 man) çoxdur.

Parlamentdən bildirilib ki, həmçinin qanunazidd kontentin yerləşdirilməsi və yayılması, eləcə də dövlət orqanlarının hüquqpozmaların səbəblərinin aradan qaldırılması barədə təqdimatlarının qərəzli şəkildə icra edilməməsinə görə də məsuliyyət müəyyən edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr