Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Araz-Naxçıvan”ın “Benfika” ilə cavab matçına təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu matçı serbiyalı hakimlər Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcəklər.
Görüşün timekeeperi Srcan Mihayloviç (Serbiya), hakim-inspektoru Sven Eyxler (Almaniya), UEFA nümayəndəsi isə Tai Regel Pundik (Danimarka) olacaq.
Görüş dekabrın 5-də Lissabondakı “Pavilhao Fidelidade”də təşkil ediləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunu
5 dekabr
“Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan)
Hakimlər: Petar Radoyçik, Nikola Rabrenoviç, Yasmina Mikoska (Hakimlər briqadası Serbiyadandır).
Timekeeper: Srdjan Mihayloviç (Serbiya).
Hakim-inspektor: Sven Eyxler (Almaniya).
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka).
Lissabon. Pavilhao Fidelidade. Saat 21:30.
İlk oyun: 9:0.
