AZ

"60 yaşdan etibarən "yaşlılıq dövrü" başlayır"

"Ümumdünya Səhiyyə Təşkilatının yaş təsnifatına görə, cavanlıq dövrü 44 yaşa qədər davam edir. 45–60 yaş arası orta yaş, 60 yaşdan yuxarı isə yaşlılıq dövrü hesab olunur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova bildirdi.

Onun sözlərinə görə, ÜST-nin bölgüsünə əsasən yaş dövrləri belə müəyyən edilir:

"60-74 yaş yaşlılıq və ya “ağıllılıq” dövrü, 75-89 yaş qocalıq dövrü, 90 yaş və yuxarı uzunömürlülük dövrü kimi müəyyən edilir. Bu təsnifat təsadüfi deyil və orqanizmdə yaşa uyğun baş verən dəyişikliklər nəzərə alınaraq hazırlanıb. Yaş dövrlərinin bu şəkildə bölünməsi elmi əsaslara söykənir. Hər yaş kateqoriyası orqanizmdə gedən fizioloji dəyişikliklərə görə müəyyən edilib. Bu bölgü həm tibbi yanaşmada, həm də sağlam yaşlanma strategiyalarının formalaşdırılmasında mühüm rol oynayır".

Nuriyyə NATİQQIZI

Seçilən
79
2
redaktor.az

3Mənbələr