Medicina.az xəbər verir ki,uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkən 44 yaşlı kənd sakini Sərəncam Yasin qızı Kərimova özünü kəndin mərkəzindən keçən su kanalına atıb. Bunu görən 1957-ci il təvəllüdlü Yasin Əvəz oğlu Kərimov qızını kanaldan çıxarmağa çalışsa da, suda boğularaq öl*üb.
S. Kərimova isə kənd sakinləri və polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib.
medicina.az