AZ

“Mançester Siti” 68 il idi belə halla üzləşmirdi – ARENA.AZ

Premyer Liqa nəhəngi “Mançester Siti” 68 ildən sonra ilk dəfə bir oyunda dörd qol buraxaraq İngiltərə çempionatında qalib gəlib.

Arena.az bu barədə “Opta”ya istinadən xəbər verir.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 14-cü turu çərçivəsində ötən gecə “Fulhem”in qonağı olmuş Xosep Qvardiolanın komandası rəqibini 5:4 hesabı ilə məğlub edib.

Qalib komandanın heyətində Erlinq Haland (17), Ticani Reynders (37) və dubla imza atmış Fil Foden (44; 48) fərqləniblər. “Şəhərlilər” 54-cü dəqiqədə də avtoqola seviniblər. Sander Berge 54-cü dəqiqətə topu öz qapısına göndərib. Meydan sahiblərinin heyətində isə Emil Smit Rou (45+2), Aleks İvobi (57) və dubla imza atmış Samuel Çukvueze (72; 78) qol müəllifi olublar.

“Opta”nın yazdığına görə, “Mançester Siti” sonuncu dəfə 4 qol buraxdığı oyundan 1957-ci ilin dekabrında qalib ayrılmışdı. Həmin vaxt “şəhərlilər” “Şeffild Uensdey”i 5:4 hesabı ilə məğlub etmişdilər.

Xatırladaq ki, Mançester nəhəngi hazırda İngiltərə Premyer Liqasının yarış cədvəlində 28 xalla ikinci pillədə qərarlaşıb.

Seçilən
43
1
arena.az

10Mənbələr