AZ

Enerji sektorunun dekarbonizasiyasına yönəlmiş siyasət və texnologiyalar üzrə tövsiyələr təqdim edilib

Bakı. Trend:

Energetika Nazirliyində “Azərbaycanda enerji sektorunundekarbonizasiyasına yönəlmiş siyasət və texnologiyalar üzrətövsiyələr” sənədinin təqdimatı keçirilib.

Trendnazirliyə istinadən xəbər verir ki, sənəd “Energetika Nazirliyi vəAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasındaelektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyədair Anlaşma Memorandumu”na uyğun olaraq həyata keçirilən“Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həllyolları” texniki yardım layihəsi çərçivəsində hazırlanıb.

Sənəddə Azərbaycanın Milli Səviyyədə Təyin Edilmiş Töhfələri(NDC 3.0) və iqlimlə bağlı hədəflərə uyğun elektroenergetikasahəsində dekarbonizasiyaya aparan Yol Xəritəsi təqdim edilib. YolXəritəsi aşağı karbonlu enerji sisteminə keçidin sürətləndirilməsiüçün prioritet istiqamətləri, mərhələləri və strateji yanaşmanıözündə birləşdirir.

Bununla yanaşı, Yol Xəritəsində Azərbaycanın elektroenergetikasektorunda karbon qazı emissiyalarının əhəmiyyətli dərəcədəazaldılması üçün zəruri olan siyasətləri, generasiyatexnologiyalarını, qanunvericilik çərçivələrini, institusionalmexanizmləri, potensialın artırılmasını, sosial-iqtisadi tədbirlərivə investisiyaları əhatə edən bir sıra tövsiyələr əksini tapıb.

Tədbirdə Energetika, İqtisadiyyat, Maliyyə, Ekologiya və TəbiiSərvətlər nazirliklərinin, “Azərişıq" ASC, “Azərenerji” ASC-nin,Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və EnerjiMəsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirakediblər.

Seçilən
308
7
az.trend.az

8Mənbələr