AZ

Yasamaldakı yanğında həlak olan ananın qızından XƏBƏR VAR

Yasamalda baş verən dəhşətli yanğında həyatını itirən Könül Vəlibəylinin qızı Ləmanla bağlı yeni məlumat yayılıb.

Tribuna.az xəbər verir ki, onların yaxını Fuad Cəfərov sosial şəbəkədə Ləmanın səhhəti ilə bağlı sevindirici xəbər paylaşıb.

Onun sözlərinə görə, hamının həyatı üçün dua etdiyi Ləman artıq komadan ayılıb və özünə gəlib. Həkimlər vəziyyətinin “ağır stabil” olduğunu bildirsələr də, müsbət dinamika müşahidə olunur. Ləman hazırda reanimasiya şöbəsində müalicəsini davam etdirir.

Fuad Cəfərov bildirib ki, “Yeni Klinika”nın direktoru Barat Yusubova və Reanimasiya şöbəsinin müdiri Emil Qasımov günlərdir Ləmanın sağalması üçün əllərindən gələni əsirgəmirlər.

O, hər kəsə dualara görə təşəkkür edib və Ləmanın tezliklə tam sağalacağına inandığını qeyd edib.

Dəniz Pənahova

Seçilən
113
tribunainfo.az

1Mənbələr