AZ

Rusiya Ukraynanı dənizdən məhrum edə bilərmi - Donanma kapitanından Putinə cavab

BAKI, 3 dekabr. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putinin başqa seçimi yoxdur, buna görə guya Ukraynanı dənizdən təcrid edə biləcəkləri barədə bəyanatlar verir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığı Baş Qərargahı rəisinin keçmiş müavini kapitan Andrey Rıjenko deyib.

O vurğulayıb ki, hazırda Rusiyanın Ukraynanı Qara dənizdə təcrid etmək üçün heç bir imkanı yoxdur.

“Rusiyanın döyüş qabiliyyətli ən güclü gəmilərinin hamısı hazırda Novorossiyskdədir. Müharibənin əvvəlindən döyüş potensialının üçdə birini itiriblər. Əgər hansısa gəmi fəallaşarsa, bizim artıq dəniz döyüşündə yüksək peşəkarlıq qazanan PUA-larımız üçün ideal hədəfə çevriləcək. Hamısı Qara dənizin şimal-qərbində məhv ediləcək”, - Rıjenko bildirib.

Vladimir Putin dünən Kremldə ABŞ nümayəndə heyəti ilə görüşdən sonra iddia edib ki, Ukrayna Qara dənizdə Rusiya gəmilərinə qarşı quldurluğu davam etdirsə, Rusiya Ukraynanı dənizə çıxışdan tamamilə məhrum edəcək.

Seçilən
95
teleqraf.com

1Mənbələr