AZ

Bakıda ötən ay yeni tikili mənzillərin qiymətləri necə dəyişib?

Bakı.Trend:

Cari ilin noyabr ayında Bakının bütün rayonlarında yeni tikilimənzillərin qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə artımmüşahidə edilib.

Bu barədə Trend-ə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

O bildirib ki, ən yüksək bahalaşma və qiymət səviyyəsi Nəsimirayonunda qeydə alınıb. Belə ki, həmin rayonda yeni tikili mənzilinqiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 % artıb. Bu rayonüzrə yeni tikili mənzilin 1 kv.metrinin satış qiyməti 3670 manattəşkil edir.

Yasamal, Nərimanov, Xətai, Səbail rayonlarında da mənzilbazarındakı qiymətlərdə artım müşahidə edilib. Yasamal rayonundayeni tikili mənzilin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə21,7%(1kv.metr 2961manat), Nərimanov rayonunda 22,2 % (1kv.metr3888 manat), Xətai rayonunda 19,3 %(1kv.metr 3034 manat), Səbailrayonunda isə 18,4%(1kv.metr 3830manat) artım müşahidə edilib.

Nizami rayonunda köhnə tikili mənzilin 1 kv.metrinin satışqiyməti 2765 manat(16,5% artım), Binəqədi rayonunda 2722 manat(10,1%artım), Suraxanı rayonunda 2132 manat (10,3% artım), Sabunçurayonunda 2622 manat (12,1% artım), Qaradağ rayonunda 1739 manat(8,7% artım), Pirallahı rayonunda 1396 manat(7,8% artım), Xəzərrayonunda 2296 manat (7,8% artım) təşkil edib.

Seçilən
31
9
az.trend.az

10Mənbələr