AZ

Yaşlı qadını təpiklə vuran kuryer SAXLANILDI: Qaçmağa ÇALIŞIRDI – VİDEO

Novosibirskdə yaşlı qadını təpiklə vuran kuryer saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qadına ağır xəsarət yetirib şəhərdən qaçmaq istəyən 28 yaşlı şəxs vağzalda ələ keçib.

Məlumata əsasən, Novosibirskdə təqaüdçü qadına “hay-kik” fəndi ilə (ayaqla baş nahiyəsinə) zərbə endirərək onu az qala öldürən kuryer polis tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 28 yaşlı şübhəlini “Novosibirsk-Qlavnı” dəmir yolu vağzalında aşkar ediblər.

Cinayəti törədən şəxs şəhəri tərk etməyə cəhd edərkən yaxalanıb. O, dərhal polis bölməsinə aparılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr