AZ

Azərbaycan diasporu yeni inkişaf mərhələsində (FOTO)

Bakı. Trend:

Son illər xaricdəki Azərbaycan icmaları ilə intensiv görüşlərinkeçirilməsi, konkret fəaliyyət mexanizmlərinin mövcudluğu diasporuninkişafına ciddi təkan verib. Azərbaycan Respublikasının Diasporlaİş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Macarıstandayaşayan Azərbaycan icması ilə görüşündə diasporun inkişafkonsepsiyası, qlobal dünya düzəninə uyğun fəaliyyət prinsiplərimüzakirə olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən, Vətənmüharibəsində qazanılan şanlı Zəfərin 5-ci ildönümünə həsr olunangörüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi vəölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanqəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi iləbaşlayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diasporsiyasətinin müasir dövrün tələblərini özündə ehtiva etdiyini vədünya azərbaycanlılarının birləşməsini daha da sürətləndirdiyinidiqqətə çatdıran sədr komitənin layihələri barədə məlumatverib.

Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə vəsəlahiyyətli səfiri Tahir Tağızadə diasporun fəaliyyətini yüksəkqiymətləndirib, icmalaşma prosesinin sürətləndiyini ifadə edib.

Budapeştdə Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli hesabatçıxışı edib, evin icma daxilində və icma ilə yerli cəmiyyətarasında əlaqələrin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdəndanışıb, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıqedib.

İcma üzvləri Azərbaycan diasporunun yeni inkişaf mərhələsinəqədəm qoyduğunu, ictimai-siyasi istiqamətlərdə uğurlar qazandığınıbildirib, beyin axını və beyinqazanma mövzularına toxunub,perspektivə dair təkliflər veriblər.

İcma görüşündə soydaşlarımızla yanaşı, Azərbaycan Evindəkihəftəsonu məktəbində dilimizi öyrənən macarlar da iştirak edib.

Tədbirdə soydaşlarımıza təltif olunduqları “Diasporfəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalıtəqdim edilib.

Görüş diaspor üzvlərinin ifalarından ibarət bədii hissə iləyekunlaşıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
95
4
az.trend.az

5Mənbələr