Bakı.Trend:
Türkiyənin İzmir şəhərində "Doğu Akdeniz - 2025" (Şərqi Aralıqdənizi - 2025) dəvət təlimi keçirilib.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimdə qardaş ölkənin hərbi qulluqçuları iləyanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrupheyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və PakistanOrdusunun dəniz patrul təyyarəsi iştirak ediblər.
Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçıölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayişetdiriblər.
Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçularmüşahidəçi qismində qatılıblar.