Bu, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili üçün genişmiqyaslı dialoq platformasıdır.
QHT.az xəbər verir ki, “İnsan hüquqları və maraqları sahəsində dövlət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığı” mövzusunda keçirilən qeyri-kommersiya təşkilatlarının Milli Forumu, insan hüquqları və maraqlarının təmin edilməsi istiqamətində dövlət orqanları ilə qeyri-dövlət təşkilatları arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, ictimai nəzarətin səmərəli mexanizmlərinin inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəçiliyində iştirakının genişləndirilməsi məqsədilə təşkil olunur.
Foruma xarici və yerli ekspertlər, dövlət qurumlarının məsul şəxsləri, həmçinin respublikamızın bütün bölgələrindən gəlmiş 100-dən çox QHT nümayəndəsi iştirak edir.
Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) – BMT Əhali Fondunun Özbəkistandakı daimi nümayəndəsi Niqina Abaszadə bildirib ki, BMT insan hüquqlarını Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağın əsas təməli kimi qiymətləndirir:
"Hüquq və azadlıqlara hörmət olunmadan, heç kimin kənarda qalmadığı bir cəmiyyət qurmaq mümkün deyil. Məhz buna görə də bizim birgə səylərimiz insan hüquqları üzrə yanaşmanın milli strategiya və proqramlara inteqrasiya edilməsinə yönəlib. Vətəndaş cəmiyyəti institutları isə bu prosesdə mühüm rol oynayır. Onlar ilk növbədə cəmiyyətin ən həssas və müdafiəsiz təbəqələrinin səsi hesab olunurlar. Bu yanaşmadan çıxış edərək, BMT-nin Özbəkistanla əməkdaşlıq proqramları çərçivəsində QHT-lərin fəaliyyətlərinin dəstəklənməsi nəzərdə tutulub. “İnsan hüquqları və maraqları sahəsində dövlət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığı” mövzusunda keçirilən qeyri-kommersiya təşkilatlarının Milli Forumundan iqtibaslar".